Rusiyalı rəsmidən AÇIQLAMA: Azərbaycan vətəndaşları Ermənistan ərazisindən Naxçıvana gedib-gələ biləcəklər
2022-09-30 11:25:00
Nəqliyyat əlaqələrinin blokadadan çıxarılması bütün tərəflər üçün birmənalı üstünlük olacaq. Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan da geriyə gələ biləcəklər. Bu sözləri bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
“Danışıqlar zamanı biz Ermənistan və Rusiyanın Avrasiya İqtisadi İttifaqının ümumi gömrük məkanına aid olmasından çıxış edirik. Eyni zamanda, biz Azərbaycanla yaxşı və sıx münasibətlərimizi yüksək qiymətləndiririk ki, bu da bizə Cənubi Qafqazın bütün sülhsevər əməkdaşlıq axitkturasını qurmaqda heç kimin əldə edə bilmədiyi unikal imkanı verir”, deyə A.Overçuk bildirib.
Ülviyyə, Hurriyyet.az