📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı təqaüdçü Ukrayna ordusunda döyüşəcək - VİDEO

2022-03-03 17:49:00

Rusiyalı təqaüdçü Ukrayna ordusunda döyüşəcək - VİDEO

Rusiyanın Tver vilayətinin sakini Ukrayna Təhlükəsizlik Xidmətinə müraciət edib.

Lent.az-ın Ukrayna mediasına istnadla məlumatına görə, o, bu ölkənin Silahlı Qüvvələrinin tərkibində Rusiyaya qarşı vuruşmaq istədiyini bildirib:

“Mənim döyüş təcrübəm yoxdur. Amma əlimə silah alıb Ukraynanın müstəqilliyini müdafiə edəcəm. Rusiyalı əsgərlərə müraciət edirəm. Cinayətkar əmrləri yerinə yetirməyin, döyüşə getməyin, analarınızı və yaxınlarınızı düşünün”.

Xatırladaq ki, 61 yaşlı rusiyalı hazırda təqaüddədir.

Lent.az