📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı

2026-11-01 17:38:57

Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı

Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən oktyabrın sonunadək 28 milyard dollardan çox azalıb.

Modern.az xəbər verir ki, ən böyük itki “Norilsk Nikel” şirkətinin əsas səhmdarı Vladimir Potanində qeydə alınıb. Onun sərvəti 8,1 milyard dollar azalıb.

İkinci yerdə “Onexim” investisiya fondunun təsisçisi Mixail Proxorov qərarlaşıb. O, 4,86 milyard dollar itirib. İlk üçlüyü sərvəti 3,8 milyard dollar azalan Mixail Fridman tamamlayır.

Sərvətində azalma qeydə alınan digər iş adamları arasında “Telegram”ın həmtəsisçisi Pavel Durov, “NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin və “NOVATEK”in ortaq sahibi Leonid Mixelson da var.