📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalılar arzuolunmaz şəxs elan edildi

2022-04-05 22:50:00

Rusiyalılar arzuolunmaz şəxs elan edildi

Rusiyanın Avropa İttifaqında (Aİ) daimi nümayəndəliyinin 19 əməkdaşı arzuolunmaz şəxs elan edilib.

Bu barədə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) açıqlama verib.

Belə ki, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti ali nümayəndəsi Josep Borrelin qərarı ilə həmin şəxslər barəsində diplomatik statusları ilə bir araya sığmayan davranışlarına görə sözügedən tədbir görülüb. \\Ölkə.az