📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanı II-ci Dünya Müharibəsindən sonrakı Almaniya kimi yenidən tərbiyələndirmək lazımdır-Ukraynanın Almaniyadakı səfiri

2023-01-03 12:06:00

Rusiyanı II-ci Dünya Müharibəsindən sonrakı Almaniya kimi yenidən tərbiyələndirmək lazımdır-Ukraynanın Almaniyadakı səfiri

Ukraynaya qarşı müharibədə məğlubiyyətdən sonra Rusiya İkinci Dünya Müharibəsindən sonra Hitler Almaniyası modelində denazifikasiya keçməlidir. Beləliklə, Rusiyalı insanların nəsilləri yenidən tərbiyələndirilməlidir. Bu barədə Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev “Yevropeyskaya Pravda”ya müsahibəsində danışıb.
“Almaniyanın bütöv bir insan nəsillərinin yenidən tərbiyələndirilməsi ilə bağlı gözəl təcrübəsi var”, deyən səfir qeyd edib ki, ukraynalı diplomatlar alman həmkarları ilə söhbətlərində daim bu fikri ifadə edirlər. Bundan əlavə, Makeyevin fikrincə, almanlar Ukraynadakı müharibənin Putinin müharibəsi olması fikrindən getdikcə daha çox uzaqlaşırlar; Ukraynada öldürən, zorlayan, işgəncə verən və qarət edən Putin deyil, onun əsgərləri, adi ruslar olduğunu görür və “yaxşı rusların” olmadığını anlamağa başlayırlar. Üstəlik, 1945-ci ildə Almaniyadan fərqli olaraq, Rusiyanı işğal etməyə belə ehtiyac yoxdur - 21-ci əsrdə yenidən tərbiyələndirmə üçün başqa üsullar var.

Ülviyyə, Hurriyyet.az