Rusiyanı silahlandıran İrandan Kiyevə qəribə təklif
Hurriyyet.az xəbər verir ki, İran Avropa İttifaqına və Ukraynaya Rusiya ilə danışıqlarda vasitəçilik təklifi edib.
Bu barədə məlumatı bu gün Moskvada səfərdə olan İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan jurnalistlərə açıqlamasında çatdırıb. Abdullahiyan daha sonra deyib: “Biz Prezident səviyyəsində, xarici işlər nazirləri səviyyəsində sülhün, əmin-amanlığın təmin edilməsi və müharibənin dayandırılması üçün səyləri davam etdirməyə hazırıq. Bu yolda da optimal nəticələr əldə ediləcəyinə ümid edirik”.
Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibədə ukraynalılar Türkiyənin “Bayraktar” dronları və yerli istehsal olan pilotsuz uçuş aparatları vasitəsilə müdafiə olunurlar. Rusiyanı isə dronla İran Respublikası təmin edir.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin dekarında ABŞ-a səfəri zamanı İranla bağlı belə bir açıqlama vermişdi: "Rusiya və İran terror dövlətləridir. Rusiya özünə uyğun müttəfiq tapıb. İran Rusiyaya infrastrukturumuza təhdid yaradan yüzlərlə dağıdıcı dron verib".
2022-ci ilin sentyabrında isə Ukrayna onun ərazisinə hücum edən Rusiyanın İran istehsalı silahların istifadəsinə cavab olaraq bu ölkənin Kiyevdəki səfirinin akkreditasiyasını ləğv etmişdi.
Hürr Tərcüman
