📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın 10 regionuna PUA hücumu edildi

2025-11-06 10:04:14

Rusiyanın 10 regionuna PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 75 PUA vurub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Volqoqradda 49, Krımda 7, Voronejdə 6, Rostovda 4, Belqorodda 3, Orlovda 2, Moskva, Kursk, Lipetsk və Tambov vilayətlərində isə hər birində 1 PUA zərərsizləşdirilib.