Rusiyanın 1,5 milyard avro gəliri Ukraynaya verildi
2024-07-26 13:52:25
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Avropa İttifaqı Rusiya Federasiyasının Avropadakı dondurulmuş vəsaitlərinin gətirdiyi gəlirdən 1,5 milyard avro məbləğində hissəni Ukraynanın hesabına köçürüb.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen X hesabında bəyanat verib.
Həmin vəsaitin Ukraynanın müdafiəsi və bərpası üçün xərclənməsi nəzərdə tutulub.
Hürr Tərcüman