📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın 300 milyard dollardan artıq məbləğdə vəsaiti dondurulub - ABŞ mənimsəməyə hazırlaşır

2023-06-16 08:55:00

Rusiyanın 300 milyard dollardan artıq məbləğdə vəsaiti dondurulub - ABŞ mənimsəməyə hazırlaşır

Müsadirə edə bilərlər

Hurriyyet.az xəbər verir ki, ABŞ konqressmenlərinin təqdim elədikləri qanun layihəsi Prezident C.Baydenə Rusiyanın Birləşmiş Ştatlardakı dondurulmuş vəsaitlərini müsadirə etmək səlahiyyəti verəcək.

Senator Cim Rİş bəyan edib ki, Rusiyanın bütün dünyadakı ümumilikdə 300 milyard dollardan artıq məbləğdəki vəaistləri dondurulmuş olaraq qalır. Bu məlumatı Senatın Beynəlxalq Münasibətlər Komitəsinin mətbuat xidməti yayıb.

Senatorlar Rusiyanın dondurulmuş vəsaitlərini müsadirə edib Ukraynanın bərpasına xərcləməyi təklif edirlər. Onlar bu məqsədin həyata keçirilməsi üçün yüz milyardlarla dollara ehtiyacın olduğunu bildiriblər.

Hürr Tərcüman