📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın 48 saatı var” KİYEV MOSKVAYA SƏRTLƏRİNİ AÇIQLADI

2022-02-11 20:07:00

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadan 48 saat ərzində hərbi fəaliyyət, hərbçilərin sayı, Ukraynaya bitişik ərazilərdə silah və hərbi texnikanın növləri barədə məlumat verilməsini tələb edib. Bu barədə Ukrayna KİV-ləri xəbər verir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Rusiyadan Ukrayna ərazisinə bitişik bölgələrdə hərbi fəaliyyətlə bağlı izahat istəyib: "Kiyev Rusiyadan hərbi fəaliyyət və hərbçilərin sayı haqqında 48 saat ərzində cavab gözləyir".

 

Mənbə: Azerforum.com