📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın Avdeyevkanı atəşə tutması nəticəsində 2 nəfər həlak olub" - Yermak

2023-03-31 23:53:00

"Rus ordusu Avdeyevkaya hücum edərək biri körpə olmaqla iki nəfəri öldürüb".

Bu barədə Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.

"Ruslar Avdeyevkanı artilleriyadan atəşə tutublar - iki nəfər həlak olub, onlardan biri 2022-ci il təvəllüdlü uşaqdır", - Yermak təfərrüatları bölüşüb.

Yermakın sözlərinə görə, hücumda iki nəfər yaralanıb, fərdi evlərə ziyan dəyib.\\APA