📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Avropada dondurulmuş pulları Ukraynanın bərpasına veriləcək-Aİ-dən QƏRAR

2022-10-25 16:58:00

Rusiyanın Avropada dondurulmuş pulları Ukraynanın bərpasına veriləcək-Aİ-dən QƏRAR

Aİ-nin məqsədi Rusiyanın Avropadakı aktivlərini dondurmaq deyil, müsadirə etməkdir, lakin bunun üçün hüquqi baza hazırlamaq lazımdır. Bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib. Aİ və G7 ölkələrinin qərarı ilə rusiyalı sahibkarların 30 milyard avroluq aktivləri dondurulub. Bu barədə Avropa komissarı Didye Reynders məlumat verib.
Onun aydınlıq gətirdiyinə görə, Avropadakı rus vəsaitlərinin ümumilikdə 14,6 milyard avro vəsaiti dondurulması ilə birgə Yeddilik ölkələrinin rusiyalı oliqarxların vəsaitini dondurması  30 milyard məbləğə çatıb. O, ölkələrlə bağlı bütün məlumatları verməsə də, İspaniyada 41 milyon avronun dondurulduğunu qeyd edib. "Macarıstanda 3000 avro həddində olan aktivlər dondurulub, bu çox qəribədir", deyə Reynders paylaşıb.
Belçika avqust ayında Rusiyanın 50,5 milyard dollarlıq aktivlərinin dondurulduğunu bildirmişdi. Krallığın Maliyyə Nazirliyinin nümayəndəsi açıqlamışdı ki, dondurulmuş vəsait Rusiyadan olan 1229 vətəndaşa və 110 təşkilata məxsusdur.
Sentyabrın əvvəlində məlum olub ki, Kiyev Baş Assambleyada (UNGA) Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kompensasiya kimi istifadə etməyə imkan verən “beynəlxalq kompensasiya mexanizminin” formalaşdırılmasına dair qətnamənin qəbuluna nail olmaq niyyətindədir.
Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın maliyyələşdirilməsinə yönəltmək niyyəti sammitdən sonra keçirilən mətbuat konfransında və Avropa Şurasının rəhbəri Çarlz Mişel tərəfindən təsdiqlənib. “Biz dondurulmuş aktivlərə və onların Ukraynanın bərpası və Ukraynaya yardım üçün istifadəsinə baxmalıyıq”.

Ülviyyə, Hurriyyet.az