📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə

2026-03-29 19:45:04

Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə

Martın 29-u gecə Ukrayna Təhlükəsizlik Xidməti pilotsuz uçan aparatları ilə həftə ərzində ikinci dəfə Rusiyanın Baltik dənizində “Ust-Luq” limanındakı neft terminalına zərbə endirib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, gecə ərzində uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Leninqrad vilayətində Ust-Luq limanındakı neft terminalı infrastrukturuna zərbə endirilib.

Bu, Rusiya üçün Baltik dənizində neft ixracının həyata keçirildiyi mühüm neft terminalıdır.