📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Baxmut yaxınlığında qüvvələri tükənmək üzrədir-ISW

2022-12-01 13:52:00

Rusiyanın Baxmut yaxınlığında qüvvələri tükənmək üzrədir-ISW

Rusiyanın Baxmut ətrafındakı hərbi kontingentinin durumu göstərir ki, Moskva çoxsaylı itkilərlə nəticələnən hərbi əməliyyatlardan dərs almayıb. Bu barədə ABŞ-ın "Müharibənin Tədqiqi İnstitutu"nun analitikləri yazır.

Nəşrin yazdığına görə, mayın sonundan etibarən rus qoşunları Baxmut ətrafındakı kiçik yaşayış məntəqələrinə davamlı olaraq hərbi qüvvə sərf edib. Amma son altı ayda onlar cəmi bir neçə kilometr irəliləyə biliblər.
Baxmuta hücumda Rusiyanın canlı qüvvəsi və texnikası tədricən tükəndi, nəticədə qoşunlar həftələr və aylarla tələyə düşdü.

Ülviyyə, Hurriyyet.az