Rusiyanın “Bayraktar” kabusu: “Orion” onun öhdəsindən gələ bilər”
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Suriya, Liviya və Dağlıq Qarabağda texnikası “Bayraktar TB2” dronları qarşısında məğlub olan Rusiya Türkiyənin dronlarına təqib olacağı iddiası ilə bir təyyarə hazırlamaqda olduqlarını bəyan edib.
Bu günlərdə mediada “Oxotnik” dronunun qurudakı bir hədəfi 500 kiloqramlıq bomba ilə vurduğu videolar yayılmağa başlayıb. “Oxotnik”in uzunluğunun 14 m, qalxış axırlığının isə 20 ton olduğu, Rusiyanın 5-ci nəsil qırıcısı Su-57 ilə birlikdə əməliyyatlar keçirdiyi bildirilir.
“Bayraktar” PUA-sı Rusiya mətbuatının gündəmindən düşmür. Rus ordusu ilk dəfə açıq şəkildə Türkiyə dronlarına qarşı rəqib göstərib. Rusiya Baş Qərargahının PUA üzrə məsul üzvü olan general-mayor Aleksandr Novikov jurnalistlərə açıqlamasında saatda 200 kilometr sürət yığa bilən “Orion” hücum dronunun Türkiyə istehsalı olan “Bayraktar TB”-yə və ona bənzər bütün dronlara rəqib olacağını iddia edərək deyib: “Orion” Bayraktar”ın öhdəsindən gələ bilər”. Rusiya mediası 24 saat havada qala bilən “Orion” PUA-nın Suriyada bir çox hücumlar həyata keçirdiyini və eyni zamanda çox sayda kəşfiyyat uçuşu etdiyini yazıb.
Hürr Tərcüman