Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsi ilə bağlı açıqlama
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Müdafiə naziri Sergey Şoyqu Belarus ərazisində yerləşdirilmiş nüvə silahının nəzarətinin Rusiyanın ixtiyarında olduğunu, ondan istifadə barədə qərarı Moskvanın verəcəyini bəyan edib. Silah Belarus ərazisində yerləşdirilsə də, Belarusa verilmir.
Şoyqu deyib: “Rusiya Belarusa nüvə silahı vermir, silah üzərində nəzarət və ondan istifadə eləmək qərarının ixtiyarı Rusiyaya məxsus olaraq qalır”.
Bu gün Minskdə KTMT dövlətlərinin müdafiə nazirlərinin sammiti keçirilir. Həmçinin, bu gün Belarus ilə Rusiya dövlətlərinin müdafiə nazirlərinin imzaladıqları sənədlərdə Rusiyanın qeyri-strateji nüvə silahının Belarus ərazisində xüsusi məkanda yerləşdirilməsi barəsində razılaşma ifadə olunub.
Hürr Tərcüman