📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın böyük desant gəmisi dron hücumundan ciddi zədələnib

2023-08-04 17:27:00

Rusiyanın böyük desant gəmisi dron hücumundan ciddi zədələnib

Ötən gecə Rusiyanın Qara dənizdə ən böyük donanma bazasına və qanunsuz ilhaq etdiyi Krıma dron zərbələri dəf olunub. Amma Rusiyanın ən böyük kommersiya limanlarından birində gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Rusiya Müdafiə Nazirliyinin avqustun 4-də bildirdiyinə görə, ötən gecə Qara dənizdəki Novorossiysk donanma bazasına iki dəniz dronuyla zərbə endirilib.

“Heyətsiz katerləri bazanı qoruyan Rusiya gəmiləri aşkarlayaraq atəşlə məhv edib”, – nazirlik bəyanatında bildirib.

Bundan öncə Telegram kanalları ərazidə partlayışlar və atəşlə bağlı xəbər yayıblar.

Lakin “Ukrainskaya Pravda” qəzeti "Ukrayna Təhlükəsizlik Xidməti"ndəki mənbələrə istinadla yazır ki, suüstü dronlardan biri limanda lövbərlənmiş böyük desant gəmisini ciddi zədələyib.

Ülviyyə, Hurriyyet.az