📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın bütün əlaqələri kəsilir, təcrid edilir artıq - Ukraynadan AÇIQLAMA

2022-03-01 13:07:00

Rusiyanın bütün əlaqələri kəsilir, təcrid edilir artıq - Ukraynadan AÇIQLAMA

"Ukrayna məqsədinə çatana qədər ədalətli müharibəsini davam etdirəcək".

Hurriyyet.az xəbər verir ki, bunu açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, Rusiya özündən əvvəlki bütün imperiyalar kimi tarixin yaddaşına köçür:

"Mülki əhaliyə raket zərbələri Ukraynanı məqsədindən döndərə bilməyəcək. Ukrayna qalib gələcək, Rusiyanın gücü və ruhu zəifdir.

Rus ordusu ilə bağlı mifin artıq dağıldığını söylməmək olar. Rusiya ordusunun tərkibində Ukraynaya silah tutan şəxslər müharibəyə məcbur edilən ac və zəif əsgərlərdir.

Bir anda bütün dünya Ukrayna qələbəsinə sevinəcək. Müharibənin dayandırılması üçün Azərbaycanın vasitəçiliyinin tərəfdarıyıq, şərtlərimiz məlumdur. İndiki halda isə Rusiya düşmənimizdir, qalan heçnə önəmli deyil.

Rusiya Qərbin və dünyanın sanksiyalarına çox da müqavimət göstərə bilməyəcək. Çünkü Rusiya artıq təcrid olunub və özündən əvvəlki bütün imperiyalar kimi tarixin yaddaşına köçməyə başlayır.

Rusiyanın bu müharibə nəticəsində zəifləyəcəyini parçalanacağını indidən görmək olur. Çin artıq bütün Rusiyanın yeni sahibinə çevrilməyə hazırdır.

Balistik raketlər və aviasiya zərbələri Ukraynanı məğlub etmək üçün kifayət deyil. O raketlər də bitəcək və Ukrayna xalqı əbədi suveren yaşayacaq".