Rusiyanın canlı itkisi 176 mini keçdi - Ukrayna
2023-04-05 10:28:00
Rusiya Silahlı Qüvvələri son sutkada Ukrayna ərazisində daha 550 hərbçisini itirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 176.240 nəfərə çatıb.
Son sutka ərzində Rusiyaya məxsus 2 tank, 6 zirehli döyüş maşını və 14 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. (yenisabah)