📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiyanın Cənubi Qafqazda ciddi maraqları var” - Yenilənib

2023-05-19 14:54:00

“Rusiyanın Cənubi Qafqazda ciddi maraqları var” - Yenilənib

Moskvada Rusiya və Ermənistanın XİN rəhbərləri Sergey Lavrovla Ararat Mirzoyan arasında görüş keçirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb. 

Xatırladaq ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçiriləcək.

***

Lavrov görüş zamanı bildirib: “Rusiya Cənubi Qafqaz regionunda ciddi maraqlara sahibdir və bu regionda tarixi rol oynayıb. Tərəfdaşlarımızın bunu anladığına əminəm”.

Onun sözlərinə görə, Moskva sülhün yekun olaraq bərqərar olmsına və regionda sabitliyə töhfə verməyə hazırdır. O, qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşmaların rolu çox böyükdür.

qafqazinfo.az