📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürüldü

2022-04-09 10:10:00

Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürüldü

Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin öldürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “InformNapalm” beynəlxalq könüllülər birliyi və Rusiyanın təbliğat nəşrlərindən bildirilib.

O, Samaranın hərbi komendantı olub, həmçinin Çeçenistan və Suriyada döyüşüb.

Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun daha bir yüksək rütbəli zabiti, motoatıcı batalyonun komandiri, mayor Ruslan Petruxin zərərsizləşdirilmişdi.