📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın desant gəmisi məhv edildi - Video

2022-03-24 13:08:00

Rusiyanın desant gəmisi məhv edildi - Video

Ukrayna ordusu işğal altındakı Berdyansk limanında Rusiya ordusuna məxsus desant gəmisini vurub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.

“İşğalçıların Qara dəniz donanmasının “Orsk” adlı iri desant gəmisi işğal altındakı Berdyansk limanında məhv edilib”, - məlumatda bildirilir.

Berdyansk limanında gəminin yanması və partlayışların görüntüləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin Feysbuk hesabında da paylaşılıb.