"Rusiyanın düşdüyü rəzil durum təkcə özünü yox, bütün qonşularını bədbəxt edib" - RÖVŞƏN AĞAYEV
"Çox ümidli deyiləm, amma bəlkə postputin dövründə Cənubi Qafqaza, Orta Asiyaya dünyanın işığından pay düşər"
"Arxasında elm-bilim durmayan güc, güc deyil - şişirdilmiş şardır. Stalindən miras qalan nüvə silahına sarılmaqla dünyanı şantaj etmək güclü olmaqdan çox qorxaq olmağın göstəricisidir". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
İqtisadçı ekspertin sözlərinə görə, Rusiya coğrafiyası və təbii imkanları, insan resursaları ilə Avropanın ən güclü dövləti ola biləcəyi halda, onun düşdüyü rəzil durum təkcə özünü yox, bütün qonşularını bədbəxt edib: "Rusiyanın əli yetən, sözü keçən bircə ölkədə xoşbəxtliyin, işığın izləri yoxdur, hər yer zülmətdir. Putinin "mütəffiqəm" dediyi bircə ölkədə xalqının səsini alan, xalqına dəyər verən, seçki keçirib üzüsulu hakimiyyətin rotasiyasına xeyir-dua verən bircə lider yoxdur. Çox ümidli deyiləm, amma bəlkə postputin dövründə Cənubi Qafqaza, Orta Asiyaya dünyanın işığından pay düşər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az