📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın eks-prezidenti: “Onların evlərini partlatmaq lazımdır”

2023-07-17 14:42:00

Rusiyanın eks-prezidenti: “Onların evlərini partlatmaq lazımdır”

Hurriyyet.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmtri medvedev Krım körpüsündəki partlayışdan sonra öz “Teleqram” kanalında belə yazıb: “Dünya təcrübəsi və bizim öz təcrübəmiz göstərir ki, terrorçulara qarşı beynəlxalq sanksiyalarla, qorxutmaq və ya öyüd-nəsihət verməklə mübarizə aparmaq mümkün deyil. Onlar yalnız güc dilini başa düşürlər. Yalnız fərdi və tamamilə qeyri-humanist metodlar lazımdır.

Ona görə də, onların öz şəxsi evlərini və qohumlarının evlərini partlatmaq lazımdır. Onların cinayət ortaqlarını tapmaq və məhkəmə prosesi kimi şit ideyadan imtina edərək, məhv eləmək lazımdır. Lakin, başlıcası – terror təşkilatlarının ali rəhbərliyini məhv eləməkdir. Bu həşəratlar  yerin deşiyində gizlənsələr də, məhv edilməlidirlər.

Bu, çətin olsa da, mümkündür”.

Hürr Tərcüman