Rusiyanın ən çox itki verdiyi ay - Ölkə canilərdən "təmizlənir"?
Hurriyyet.az xəbər verir ki, "The Wall Street Journal " nəşrində 14 oktyabr tarixində dərc edilən məqalədə ABŞ-dakı prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gələcəyi təqdirdə, Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı müharibədə "nisbətən yüngül qələbə qazanacağına ümidvar olduğu" yazılıb.
Amerikalı analitiklərin məlumatına görə, sentyabr ayı Ukrayna ilə müharibədə Rusiya qüvvələri üçün ən ölümcül ay olub. Yazıda bildirilir ki, Qərb kəşfiyyatının məlumatına görə, Rusiya qüvvələri ölənlər və yaralananlar qismində gündə 1200 nəfərə qədər itki verib. Jurnalistlər qeyd ediblər ki, Rusiya tərəfinin nailiyyətləri əsasən piyada bölmələrin yerüstü hücumları sayəsində əldə edilir. Həmin qüvvələr bağışlanma və maliyyə mükafatı vədi qarşılığında müharibəyə yollanmış keçmiş məhbuslardan ibarətdir.
Hürr Tərcüman