📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Ermənistandakı bazası oradan çıxarılacaqmı? Səfir açıqlama verdi

2024-01-19 10:37:54

Rusiyanın Ermənistandakı bazası oradan çıxarılacaqmı? Səfir açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Ermənistandakı hərbi bazasının ölkədən çıxarılması məsələsi gündəmdə deyil. Bu barədə açıqlamanı RF-nin İrəvandakı sədiri Sergey Kopırkin Rusiya mətbuatına müsahibəsində  verib. Səfir deyib: "Mənə belə siqnallar gəlməyib. Mən erməni tərəfinin rəsmi bəyanatlarına əsaslanıram. Rusiya tərəfindən də belə siqnallar verilməyib".
Onun sözlərinə görə, Ermənistanla münasibətlərdəki bütün problemlərə, anlaşılmazlıqlara, xarici aktyorların Moskvanın geosiyasi  maraqlarına çat salmaq səylərinə baxmayaraq,  Rusiya tərəfi bu münasibətlərin müttəfiqlik, stratejilik xarakterinin saxlanılmasına ciddi nəzarət edir.
Hürr Tərcüman