“Rusiyanın Ermənistandan izahat tələb eləməsi anlaşılmazdır”
2023-04-14 22:12:00
Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan Rusiya XİN-in İrəvandan ABŞ və NATO təlimlərində iştirakını izah eləmək tələbinin anlaşılmaz olduğunu bildirib.
Ovannisyan deyib: “RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarovanın izahat tələb eləməsi bir qədər anlaşılmazdır. Ermənistan öz strateji tərəfdaşı Rusiya ilə isti dostluq münasibətləri daxlayır, həmçinin digər tərəfdaş ölkələrlə də isti münasibətlər saxlayır. Həmçinin, Silahlı Qüvvələrin inkişafı və hərbi hazırlığının yüksəlməsi üçün hər şeyi edir”.
O, İrəvanın öz dövlət maraqlarını rəhbər tutduğunu xatırladıb.
Hürr Tərcüman