📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın əsas dron zavodları və anbarları məhv edildi

2026-11-13 18:00:51

Rusiyanın əsas dron zavodları və anbarları məhv edildi

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən pilotsuz uçuş aparatları (PUA) istehsalı müəssisəsinə, anbarına və servis mərkəzinə "Neptun" qanadlı raketləri ilə dəqiq zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi məlumat yayıb. Bildirilir ki, buraxılan raketlər Rusiya ordusunun dron təminatı ilə bağlı eyni vaxtda üç strateji obyekti hədəf alaraq sıradan çıxarıb. Belə ki, zərbələr nəticəsində taktiki səviyyəli zərbə dronları istehsal edən "İonos" MMC-nin istehsalat sahəsi və həmin müəssisəyə məxsus PUA-ların saxlanıldığı anbar tamamilə vurulub.

Əməliyyat çərçivəsində növbəti hədəf isə Rusiya ordusunun cəbhə xətti üçün istifadə etdiyi dronların təmiri və texniki xidmətinin həyata keçirildiyi "Aero-Hit" MMC-nin servis mərkəzi olub.

Qeyd edək ki, "Aero-Hit" şirkəti Rusiya hərbi sənaye kompleksində zərbə və kəşfiyyat təyinatlı "Veles" FPV-dronlarının əsas istehsalçılarından biri kimi tanınır.