"Rusiyanın əsas hədəflərindən biri xaricidəki rus və rusdilli əhalinin qorunmasıdır" - ƏRƏSTUN ORUCLU
"Belə çıxır ki,bir gün də Rusiya ordusu onların hüquqlarını qorumaq üçün həmin ölkələrə "miqrasiya" edəcək"
"Rusiyanın işğalçı ordusu son günlər Ukraynada ağır itkilərə yol verir. Putin isə deyir ki, Rusiya Ukraynada "xüsusi hərbi əməliyyat" keçirməklə heç nə itirməyib. Sanksiyalar, onların gələcək fəsadları, hərbi texnika itkiləri anlaşılandır. Amma "heç nə" dedikdə yüksək ehtimalla, qətlə yetirilmiş minlərlə Rusiya hərbçisi nəzərdə tutulur". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu bildirib.
Bir neçə gün əvvəl Putinin Rusiyanın yeni xarici siyasət doktrinasını imzaladığını vurğulayan siyasi şərhçinin sözlərinə görə, indi Rusiya xarici siyasətinin əsas hədəflərindən biri xarici ölkələrdəki rus və rusdilli əhalinin qorunmasıdır: "Ukraynaya qarşı işğalçı müharibə başlayandan on minlərlə rus postsovet ölkələrə miqrasiya edib. Belə çıxır ki, bir gün də Rusiya ordusu onların hüquqlarını qorumaq üçün həmin ölkələrə "miqrasiya" edəcək. Ən azı, bunu edə bilər, çünki yeni xarici siyasət doktrinası buna hüquqi zəmin yaradır. Əlbəttə, söhbət Rusiya anlamında hüquqi zəmindən gedir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az