📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın ətrafına “Dəmir pərdə endiriləcək”

2023-03-03 13:57:00

Rusiyanın ətrafına “Dəmir pərdə endiriləcək”

 ABŞ Türkiyə, Çin və MDB ölkələri vasitəsilə Rusiyaya mal tədarükünü əngəlləmək qərarına gəlib. Belə ki, Rusiya Çin, Türkiyə, Belarus, Ermənistan və Özbəkistan vasitəsilə mal tədarük etməklə ABŞ sanksiyalarından yan keçir. Bununla əlaqədar olaraq, istehsalçılar, distribyutorlar, resellerlər və mal daşıyıcıları bu ölkələrin şirkətləri ilə aparılan əməliyyatları sanksiyaların pozulmasına görə yoxlamalıdırlar.
Bu barədə ABŞ-ın Ticarət Departamenti, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinin sanksiyalar rejiminin pozulması ilə mübarizə üzrə tövsiyələrində deyilir. Departamentlər şirkətlərə Rusiyanın sanksiyalardan yayınmaq cəhdi barədə siqnal verməli olan “qırmızı bayraqlar” işarələyib.
Onların arasında - alıcının məhsulun son istifadəsi haqqında məlumatları bölüşmək istəməməsi; texniki xidmətdən imtina; şirkətin qeydiyyat yerindən başqa yurisdiksiyalarda maliyyə institutlarının ödənişi üçün istifadə var.
"Finam"ın makroiqtisadi təhlil rəhbəri Olqa Belenkaya deyir ki, ABŞ və Aİ Rusiyanın sanksiyalardan yan keçməsinə mane olmaq üçün üçüncü ölkələrə təzyiqi gücləndirir.
"Russ-Invest" investisiya şirkətinin baş analitiki Roman Blinov deyir: "Tam dəmir pərdə hələ endirilməyib, lakin o, açıqca endiriləcək və hələ qabaqdadır". O, “ən pisə hazırlaşmağa” çağırır və qeyd edir ki, yeni “mehriban tərəfdaşlar”a qarşı ikinci dərəcəli iddiaların genişləndirilməsi ilə sanksiyaların yeni mərhələsi həyata keçirilə bilər.

Ülviyyə, Hurriyyet.az