📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiyanın hədəfi mülki obyektlərdir”

2022-12-17 11:13:00

“Rusiyanın hədəfi mülki obyektlərdir”

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski öz müraciətində dünən Rusiya Federasiyasının Ukraynadakı mülki obyektləri hədəfə aldığını bəyan edib. O, Ukrayna səmasını qoruyan Hava Qüvvələri döyüşçülərinə, kəşfiyyatçılara, digər müdafiəçilərə təşəkkürünü bildirib.

“Lakin təəssüf ki, vurulan hədəflər də var. Terrorçulara raket hücumlarının geniş miqyasda olması lazımdır ki, “məhsullarının” heç olmasa, bir qismi seçdikləri hədəflərə dəysin. Bu gün onların bütün hədəfləri – mülki obyektlərdir. Əsasən energji və istilik təchizatı obyektləri”.

O, Krivoy Roqdakı yaşayış binalardan birinin Rusiya raketi ilə vurulduğunu, nəticədə azı 3 nəfər dinc sakinin həlak olduğunu, uşaqlar da daxil olmaqla, 10 nəfərdən artıq vətəndaşın yaralandığını deyib.

Hürr Tərcüman