"Rusiyanın hərbi bazalarını öz ərazisində yerləşdirməsi Serbiyanın suveren işidir " - Səfir
"Rusiyanın hərbi bazalarının Serbiyada yerləşdirilməsi ölkənin suveren işidir".
Bu sözləri Rusiyanın Serbiyadakı səfiri Aleksandr Bocan-Xarçenko "SM News"-a müsahibəsində deyib:
“Müştərək humanitar mərkəzə gəlincə, o humanitar fəlakətə böhranlı reaksiya göstərmək üçün mövcuddur və hazırda da fəaliyyət göstərir.”
Onun sözlərinə görə, Serbiya Rusiyaya dost ölkədir, həmçinin rəsmi Belqrad prinsipal olaraq antirusiya sanksiyalarını rədd edir.
Eyni səfir Rusiyanın Serbiyanın enerji sabitliyini təmin etdiyini vurğulayıb.
"Əlavə olaraq, ölkələr hərbi-texniki əməkdaşlığı davam etdirirlər və bu əməkdaşlıq nəticəsində təchiz olunanların keyfiyyəti üçün əlverişli şərait yaradılır",- o əlavə edib.
Qedy edək ki, bir müddət əvvəl, Serbiyanın daxili işlər naziri Aleksandr Vulin ölkəsinin Rusiya ilə münaqişəyə girməsindən və “NATO-nun piyadası”-na çevrilməsindən imtina etdiyini bəyan edib. O, qərbli həmkarlarına hərbi əməliyyatlara görə, Rusiyadan üzr istəməyi məsləhət görüb. \\Redaktor