📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın hərbi texnikalarına yazılan “Z” və “V” nə deməkdir?

2022-03-03 09:00:00

Rusiyanın hərbi texnikalarına yazılan “Z” və “V” nə deməkdir?

Ukraynaya hücum edən Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi texnikaların  üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi instaqram hesabında paylaşım edilib.

Paylaşımda “Z” - “За победу” (Qələbə üçün), “V” - “Сила V правде” и “Задача будет выполнена” (Həqiqətin gücü və Tapşırıq tamamlanacaq) kimi təqdim olunub.