Rusiyanın iki vilayətində fövqəladə vəziyyət rejimi tətbiq olunub
2024-04-08 19:21:40
Rusiyanın Ural Federal Dairəsinə daxil olan Tümen və Kurqan vilayətlərində fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Bu barədə vilayət rəhbərliyi açıqlama yayıb.
Bildirilib ki, əlverişsiz daşqın proqnozu ilə əlaqədar Tümen vilayətində, su daşqınları ilə əlaqədar Kurqan vilayətində regional fövqəladə vəziyyət rejimi tətbiq edilir.\\APA