📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın İran üzərindən yük tranziti artır

2023-08-10 15:17:00

Rusiyanın İran üzərindən yük tranziti artır

Rusiyanın xarici ticarəti qərbdən şərqə dönür və bunun üçün 25 milyard dollarlıq sərmayə ilə yeni anti-sanksiya nəqliyyat dəhlizləri layihələndirilir və tikilir.

Bu “sanksiyaları aşmaq” məqsədilə tikilən marşrutlarından ən mühümü Rusiya sənaye mallarının İran vasitəsilə çatdırılması və Hindistan, Çin və Şərqi Asiyaya daşınması marşrutudur.

Məsələn, Rusiyanın Hindistan və Şərqi Asiyaya ixrac etdiyi kömür və buğdanın bir hissəsi indi İranın Bəndər-Abbas limanından keçir və yaxın vaxtlarda İranın Çabahar limanı vasitəsilə marşrut həyata keçiriləcək.

Bu il İran və Rusiya arasında xarici ticarət 5 milyard dolları keçib, iki ölkə arasında ticarət sazişinin imzalanması ilə isə 40 milyard dollara çatıb.

Ülviyyə, Hurriyyet.az