Rusiyanın İrana Su-35 qırıcıları, vertolyotlar, raketlər verəcəyi tarix açıqlandı
2023-01-16 10:21:00
Hurriyyet.az xəbər verir ki, Tehran İrana Rusiyanın Su-35 təyyarələrinin gətiriləcəyi tarixi açıqlayıb.
Sifariş edilmiş Su-35 qırıcıları İran təqvimi ilə Yeni ilin əvvəllərində (İranda Yeni il yaz gecə-gündüz bərabərliyindən hesablanır – 2023-cü ildə 21 mart tarixindən) Tehrana təhvil veriləcək. Bu barədə məlumatı parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydəri Tasnim agentliyinə müsahibəsində verib. Heydəri deyib: “Rusiyaya müdafiə sistemləri, raketlər və vertolyotlar sifariş eləmişik. Sifarişlərin əksəriyyəti yaxın vaxtlarda ölkəmizə çatdırılacaq”.
Hürr Tərcüman