Rusiyanın İrəvan səfirliyindən Ermənistan XİN-ə NOTA
2022-08-17 11:41:00
Rusiyanın İrəvandakı səfirliyi Surmalu ticarət mərkəzində baş verən partlayışlarla bağlı Moskvanın əleyhinə “qondarma” ittihamlara görə Ermənistan XİN-nə nota göndərib.
Bu, “Rusiya strukturlarının Surmaluda fövqəladə vəziyyətin tətbiqində iştirakı ilə bağlı saxta ittihamları özündə əks etdirən rüsvayçı iddialar”la bağlıdır”, deyə diplomatik missiyanın bəyanatında deyilir:
“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən lazımi ictimai şərhlər gözləyirik”.
Ülviyyə, Hurriyyet.az