Rusiyanın İrəvandakı səfirliyi Ermənistana nota verib
Hurriyyet.az “Sputnik Armenia” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının İrəvandakı səfirliyi diplomatik missiyanın işinin əngəllənməsi ilə əlaqədar Ermənistanın Xarici İşlər Nazirliyinə nota göndərib.
Səfirliyin mətbuat xidmətinin dünən axşam saatlarında “Sputnik”ə verdiyi məlumata əsasən, missiyanın İrəvanda yerləşən binası erməni etirazçılar tərəfindən tamamilə mühasirəyə alınıb, diplomatların işinə əngəl yaradılıb: “Əvvəlki kimi normal fəaliyyət göstərmək qeyri-mümkün olub”.
Xəbərdə deyilir: “Səfirliyin normal fəaliyyət göstərməsinin Diplomatik Münasibətlərlə bağlı Vyana Konvensiyası öhdəliklərinə müvafiq şəkildə təmin edilməsi üçün Ermənistan XİN-ə nota göndərilib.
Qeyd edək ki, İrəvandakı etirazçılar “Rusiya-düşməndir”, “Rusiya-işğalçıdır” şüarlarını səsləndiriblər.
Hürr Tərcüman