📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın keçmiş səhiyyə naziri Paşinyanla məhkəmə çəkişməsində

2021-10-22 12:49:00

Rusiyanın keçmiş səhiyyə naziri Paşinyanla məhkəmə çəkişməsində

Zəngəzur mis-molibden zavodunun 12,5%-nin sahibi olan Rusiyanın keçmiş səhiyyə və sosial inkişaf naziri Mixail Zurabov bu zavodun aksiyalarının 60%-nin rus milyarder Roman Trotsenkoya satılmasına dair razılaşmanı ləğv etməyi tələb edir. Bu barədə erməni KİV-ləri xəbər verir. 

Qeyd olunur ki, iddia artıq oktyabrın 10-da imzalanıb. Erməni mənbələrinin yazdığına görə, Zəngəzur mis-molibden kombinatının aksiyalarının 60%-ni rus milyarderi Trotsenkonun simasında  "Geopromayninq" kompaniyasına verdikdən sonra Trotsenko bu aksiyaların 15%-ni Nikol Paşinyanın dəftərxanasına verib. Yəni faktiki Zurabov öz aktivlərini saxlamaq üçün Paşinyanla çəkişir. 

Ülviyyə, Hurriyyet.az