📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın kəşfiyyat gəmisinin pilotsuz təyyarə ilə vurulma anının görüntüləri YAYILDI

2023-05-25 20:24:00

Rusiyanın kəşfiyyat gəmisinin pilotsuz təyyarə ilə vurulma anının görüntüləri YAYILDI

Rusiyaya məxsus olduğu iddia edilən “İvan Xurs” gəmisinə Ukrayna pilotsuz təyyarəsinin zərbə endirmə anının görüntüləri üzə çıxıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda gəminin gəmiyə doğru hərəkət edən obyektə necə atəş açdığı əks olunub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hücumun dəf edildiyini və bütün pilotsuz təyyarələrin məhv edildiyini bildirmişdi.

Bu hadisədən sonra Krım körpüsündə nəqliyyatın hərəkəti də dayandırılmışdı.

Həmin görüntüləri təqdim edirik:

KONKRET.az