📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın koreyalılardan ibarət batalyonu məhv edildi" — Zelenski

2025-01-06 15:55:40

Zelenski Şimali Koreya əsgərləri və rus paraşütçülərindən ibarət piyada batalyonunun məhv edildiyini bildirib:

“Bu gün mənə Sırski cəbhədəki hərəkətlərimizlə bağlı ətraflı məlumat verildi. Şiddətli döyüşlər bütün cəbhə xətti boyunca, ən qızğın şəkildə isə Pokrovski istiqamətində davam edir.

İşğalçı Rusiya itkilər verməkdə davam edir.

Bu gün və dünən Kursk vilayətinin yalnız  Mahnovka kəndi ərazisində gedən döyüşlərdə Rusiya ordusu Şimali Koreya əsgərləri və rus paraşütçülərindən ibarət piyada batalyonunu itirdi”.

Demokrat.az