Rusiyanın Krımdakı hərbi poliqonunda yanğın! Əhali köçülür!
2023-07-19 10:36:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Krımın Kirov rayonunda yerləşən Alekseyevka kəndinin yaxınlığındakı hərbi poliqonda silah-sursat anbarında yanğın baş verib. Rusiyanın “Teleqram” kanallarının yazdığına görə, yerli sakinlər saatlarla davam etdən partlayış səsləri eşitdiklərini bildiriblər.
Poliqon yaxınlığında yaşayan dörd kəndin əhalisi oradan köçürülür.
Hürr Tərcüman