Rusiyanın Kursk planı - "Bild" yazır
2024-09-27 16:10:38
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putinin avqustun ortalarında verdiyi açıqlamada Rusiya ordusunun oktyabrın 1-nə qədər Kursk vilayətini tamamilə öz nəzarəti altına keçirəcəyi bildirilsə də, əks-hücum ləngiyib. "Bild" nəşrinin yazdığına görə, yalnız sentyabrın 17-də Rusiya tankları Korenevo məntəqəsindən cənuba doğru irəliləyə biliblər.
Nəşr Kremlin əməliyyatın müddətini oktyabrın ortalarına doğru uzatdığını, lakin bu hədəfin də əlçatmaz göründüyünü yazıb. Ukrayna ordusu regiona yeni bölmələr göndərməklə müqavimət göstərməyə davam edir. Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələrini eyni zamanda bir neçə istiqamətdə müdafiə olunmağa məcbur edirlər.
Hürr Tərcüman