📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın məqsədi Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir" - ŞAHİN CƏFƏRLİ

2022-11-01 14:30:00

"Bunun üçün Nikol Paşinyana Putin səviyyəsində Valdayda, İlham Əliyevə isə böyük Xankəndi mitinqi ilə mesaj verildi"

"Soçi bəyanatında prinsipial əhəmiyyətli yenilik yoxdur. Yeni məqam kimi görünən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı vurğusu (BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadən) Praqa bəyanatında var idi və onun təkrarıdır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçi hesab edir ki, Rusiyanın bu mərhələdə əsas məqsədi prosesə nəzarətini saxlamaq və Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir: "Bunun üçün Nikol Paşinyana Putin səviyyəsində (Valdayda), İlham Əliyevə isə böyük Xankəndi mitinqi ilə mesaj verildi".

Şahin Cəfərlinin sözlərinə görə, Soçi görüşü də tamamilə həmin məqsədə xidmət edirdi: "İki liderin bu mesajları nə dərəcədə ciddiyə aldığını önümüzdəki həftələrdə görəcəyik. Qərbin mövqeyi də şübhəsiz ki, bu məsələyə öz təsirini göstərəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az