📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın nəfinə casusluq edən 2 nəfər həbs olundu

2023-01-30 11:59:00

Rusiyanın nəfinə casusluq edən 2 nəfər həbs olundu

Sloveniyanın xüsusi xidmət orqanları Lyublyanada Rusiyanın xeyrinə kəşfiyyat fəaliyyəti ilə məşğul olduqları iddia edilən iki xarici vətəndaşı həbs edib.

Hurriyyet.az xəbər verir ki, həbs olunanlar casusluqda və yalan məlumat verməkdə ittiham olunurlar. Onlardan biri Argentina vətəndaşlığına malikdir.

Lyublyana Dövlət Prokurorluğu Sloveniya Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında onlara qarşı ibtidai araşdırmalar açıb.

Həmin şəxslərin istintaqa cəlb olunması ilə bağlı vəsatət dekabrda Lyublyana Rayon Məhkəməsinin İstintaq İdarəsi tərəfindən verilib.

yenisabah.az