Rusiyanın neft zavoduna hücum edildi
2024-05-17 11:35:37
Rusiyanın Tuapse şəhərindəki neftayırma zavoduna PUA hücumu edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, PUA-nın düşdüyü ərazidə yanğın baş verib. Operativ xidmət orqanları hadisə yerində işləyirlər.
Xəsarət alanların olmadığı bildirilir.