📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın növbəti hədəfi bu ölkədir - Şok açıqlama

2022-07-15 17:31:00

Rusiyanın növbəti hədəfi bu ölkədir - Şok açıqlama

Rusiyanın dövlət televiziyası olan “Rossia 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva yenə təhdid açıqlamaları ilə gündəmə gəlib.

Hurriyyet.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın Ukraynaya silah göndərməsi haqda danışan rusiyalı aparıcı müharibənin Polşaya keçə biləcəyini iddia edib.

“Tanrı qorusun, əgər amerikalılar Ukraynaya 300 kilometr mənzilli raketlər göndərərsə, dayanmayacağıq, Varşavaya qədər irəliləyəcəyik”, - deyə Olqa böyük iddialar irəli sürüb.