Rusiyanın ordusu 145 ukraynalı uşağı öldürüb, 222 uşağı yaralayıb, məktəbləri xarabaya çevirib
2022-03-30 13:03:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, fevralın 24-dən bəri Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 145 uşağın həlak olduğu, 122 uşağın isə yaralandığı bildirilir. Bu barədə açıqlamanı Ukraynanın Baş Prokurorluğu verib. Prokurorluğun açıqlamasında Rusiya ordusunun bombardmanları nəticəsində 790 təhsil müəssisəsinin zərər çəkdiyi və 75-nin tamamilə dağıdıldığı xəbər verilir.
Hürr Tərcüman