📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın planı Azərbaycana öz təkliflərini qəbul etdirməkdir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-11-12 11:43:00

"Minsk qrupunun regiona səfəri və danışıqları Azərbaycanın maraqlarına uyğun deyil"

"Rusiyanın XİN ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağa səfərinin təşkili ilə bağlı açıqlaması, Kremlin Azərbaycana təyziq vasitəsidir. İlk növbədə Minsk qrupunun həmsədlərinin Xankəndiyə səfəri status məsələsinin gündəmə gətirə bilər". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun fikrincə, Rusiya çalışır ki, bununla situasiyanı gərginləşdirsin: "Moskvanın əsas planı Azərbaycana öz təkliflərini qəbul etdirməkdir. Azərbaycanın XİN rəhbərinin Fransa XİN rəhbəri ilə görüşü və aparılan danışıqlar Parisin mövqeyində müəyyən yumuşalmalara gətirib çıxarması görünür. Məhz Fransa XİN bəyanatında "Qarabağ münaqişəsi" deyil, Ermənistan və Azərbaycan arasında böhran kimi xarakterizə edildi. Fransanın bu bəyanatına baxmayaraq, Minsk qrupu çərçivəsində ABŞ və Rusiya ilə eyni olaraq, Ermənistanın maraqlarından çıxış edəcək. Ona görə də Ermənistan tərəfi daim Minsk qrupunun fəaliyyətinin bərpa edilməsinə çalışır. Qeyd edək ki, Vaşinqton da Minsk qrupunun fəaliyyəti istiqamətində aktiv şəkildə siyasi təzyiqlərə əl atır".

Onun sözlərinə görə, ABŞ-ın bu siyasəti erməni lobbisinin maraqlarına xidmət etməklə yanaşı, regionda deustiriktiv siyasətə xidmət edir: "Minsk qrupunun regiona səfəri və danışıqları Azərbaycanın maraqlarına uyğun deyil. Rəsmi Bakı belə bir formatı o halda razılıq verməlidir ki, həmsədlər artıq Qarabağ münaqişəsi deyil, Ermənistan və Azərbaycan arasında mövcud 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi və iki ölkə arasında sülhün əldə edilməsinə çalışsın. Minsk qrupuna belə bir mandat verilməldidir. Halbuki, Minsk qrupunun hazırda mandatı bitmiş Qarabağ münaqişəsinin həllindən ibarətdir. Ona görə də belə bir mandatla regiona və Qarabağa səfərləri qəbuledilməzdir. Prezident İlham Əliyev dəfələrlə Minsk qrupunun fəaliyyətinin hansı istiqamətdə olacağını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Minsk qrupu yalnız Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına və azərbaycanlıların Qarabağa qayıtmasında, humanitar məsələlərdə yardım edə bilər. Ona görə də hazırkı formatın Azərbaycan tərəfindən qəbulu gözlənilmir. Milli Cəbhə Partiyası olaraq Minsk qrupunun mandatında dəyişiklər edilməsini təklif edirik. Ölkəmizə qarşı bu məsələdə təzyiqlərin dəf edilməsində dövlətin yanındayıq. Partiya olaraq Minsk qrupunun fəaliyyətini məqbul hesab etmirik. Çünki bu format Azərbaycanın milli suverenliyini təhdid edir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az