📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın qanadlı raketləri Qara dənizdən Moldovaya doğru atıldı

2022-10-10 15:06:00

Rusiyanın qanadlı raketləri Qara dənizdən Moldovaya doğru atıldı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Moldovanın Xarici İşlər Nazirliyinə çağrılıb. Rusiya raketlərinin Moldovanın hava məkanını pozması ilə əlaqədar ona nota verilib.

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Rusiyanın qanadlı raketlərinin respublikanın hava məkanını pozduğunu bildirib. Nazirliyin “Teleqram” kanalındakı açıqlamada bu səhər Rusiyanın Qara dənizdəki hərbi gəmilərindən atılan üç qanadlı raketinin Moldova Respublikasının Kobasna kəndi və Sorok bələdiyyəsi ərazisi üzərindən keçdiyi xəbər verilib.

Nazirlik baş verəni “əlavə gərginlik yaradan fövqəladə dərəcədə ciddi və təəssüf doğuran hadisə adlandırıb”.

Açıqlamada deyilir: “Ölkəmizin hava məkanının pozulması yolverilməzdir. Qonşu ölkənin bombalanması dərhal dayandırılmalıdır”.

Xəbər verildiyi kimi, 10 oktyabr tarixində Ukrayna hökuməti ölkənin müxtəlif şəhərlərinin, o cümlədən paytaxt Kiyevin Rusiya tərəfindən bombalandığını bildirib. Ölənlər və yaralananlar var.

Hürr Tərcüman